Qəbələdəki qış toplanışını bu gün bitirən “Neftçi” hələ yoxlama oyunu keçirməyib.
Paytaxt klubu təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarının dəqiqləşdikdə açıqlanacağını bildirsə də, hələ də səs-soraq yoxdu. Bircə onu bilirik ki, bakılılar səfər müddətində “Qəbələ” ilə oynamaq istəyib, amma imtina cavabı alıb. Bu gün isə “ağ-qaralar” Bakıya qayıdacaq.
Maraqlıdı, Samir Abasov yoxlama oyunu keçirilməsini istəmir, yoxsa paytaxt təmsilçisi rəqib tapmaqda çətinlik çəkir? “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının “Football-plus.az”a cavabı belə oldu:
“Məşqçilər korpusunun qərarıdı. Yoxlama oyunu nəzərdə tutulmayıb”.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta