AZ

“Barselona” “Real”ı darmadağın edib Superkuboku qazandı

İspaniya Superkubokunun qalibi bəlli olub.

“Qafqazinfo”nun məlumatına görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş görüşdə “Real Madrid” və “Barselona” qarşılaşıb.

Oyun Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesab beşinci dəqiqədə açılıb. “Real”ın hücumçusu Kilian Mbappe Vinisius Juniorun ötürməsini qola çevirib. “Barselona”nın cavab qolunu 22-ci dəqiqədə Robert Levandovskinin ötürməsi ilə Lamin Yamal vurub. 36-cı dəqiqədə Levandovski penaltini dəqiq yerinə yetirib. Üç dəqiqə sonra “Barselona”nın braziliyalı futbolçusu Rafinyaoyunda dubla imza atıb. Birinci hissəyə əlavə olunmuş 10-cu dəqiqədə Kataloniya klubunun müdafiəçisi Aleks Balde hesabı darmadağın həddinə edib.

“Kral klubu”nun heyətində isə 60-cı dəqiqədə Rodriqo fərqlənib.

Əlavə edək ki, “Barselona”nın qapıçısı Voyçex Şensnı 57-ci dəqiqədə meydandan qovulub.

Qeyd edək ki, “Barselona” İspaniya Superkubokunu ən çox qazanan klubdur. “Mavi qranatlar” bu mükafatı 14 dəfə qazanıblar. “Real” isə 12 dəfə sahib olub. 

Seçilən
50
43
qafqazinfo.az

10Mənbələr