Bu gecə İspaniya Superkubokunun qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, həlledici matçda əzəli rəqiblər - “Barselona” və “Real Madrid” üz-üzə gəliblər.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Sity” stadionunda keçirilən oyun Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Barselona” tarixi ərzində 15-ci dəfə İspaniya Superkubokunu qazanıb. "Blauqrana" bu göstəriciyə görə rekordçudur.
İspaniya Superkuboku
Final
12 yanvar
Real Madrid – Barselona 2:5
Qollar: Mbappe, 5. Rodriqo, 60 – Yamal, 22. Levandovski, 36. Rafinya, 39; 48. Balde, 45+10.