AZ

İsrail XİN rəhbəri britaniyalı həmkarı ilə Qəzza, İran, Livan və Suriyanı müzakirə edib

Bakı. Trend:

İsrailin xarici işlər naziri Qideon Saar britaniyalı həmkarıDavid Lammi ilə Qüdsdə keçirdiyi görüşdə İran, Livan, Suriya vəQəzza zolağındakı vəziyyəti müzakirə etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə nazir "X" sosial şəbəkəsindəyazıb.

"Suriya, Livan və İran təhlükəsi də daxil olmaqla, genişspektrli məsələləri müzakirə etdik. Mən İsrailin Qəzzada girovlarlabağlı razılaşma əldə etmək niyyətini vurğuladım", - deyə obildirib.

Seçilən
52
az.trend.az

1Mənbələr