İspaniya Superkubokunun final matçında "Real Madrid"lə qarşılaşan "Barselona" tarixi uğura imza atıb.
Publika.az xəbər verir ki, Kataloniya klubu tarixində ilk dəfə "Real Madrid"ə qarşı oyunlarda iki dəfə dörd və ya daha çox qol vurmağı bacarıb. Komandalar arasında əvvəlki oyun İspaniya çempionatı çərçivəsində “Santyaqo Bernabeu” stadionunda keçirilib və Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın 4:0 hesablı darmadağınlı qələbəsi ilə yekunlaşıb.
İspaniya Superkubokunun yarımfinalında "Barselona" "Atletik" (Bilbao) güclü olduğunu sübut edib, "Real Madrid" "Malyorka"ya qalib gəlib.