AZ

Almaniya üçün Alternativ Partiyası yeni gənclər təşkilatı təsis etməyi qərara alıb

Berlin, 13 yanvar, AZƏRTAC

Almaniya üçün Alternativ Partiyası (AfD) fəaliyyəti ciddi narahatlıq doğuran gənclər təşkilatını ləğv edərək, partiyaya daha çox bağlı olacaq yeni birlik təsis etmək qərarına gəlib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, partiyanın Saksoniyanın Riesa şəhərində keçirilən qurultayında nümayəndələrin 72 faizə yaxını bu qərarın lehinə səs verib. Yeni layihəyə əsasən, “Gənc vətənpərvərlər” (Junge Patrioten) adlandırılacaq təşkilatın sıralarına yaşı 36-dan aşağı olan partiya üzvləri daxil ola biləcəklər. AfD-nin Nizamnaməsinə yeni gənclər təşkilatının partiyanın məramına və əsas prinsiplərinə ciddi fəaliyyət göstərməməsi ilə bağlı dəyişiklik olunub.

AfD-nin ləğv etdiyi “Gənc Alternativ” (Junge Alternative) partiyadan müstəqil və daha çox dərnək statusunda fəaliyyət göstərirdi. AfD-dən daha radikal görüşdə olan “Gənc Alternativ” Almaniyanın daxili təhlükəsizlik xidməti olan Konstitusiyanın Mühafizəsi Federal Ofisi tərəfindən ifrat sağçı təşkilatlar kateqoriyasına daxil edilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
12
azertag.az

1Mənbələr