AZ

Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin TƏLƏBLƏRİ

Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulduqda müvafiq dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına və məhkəmələrə müraciət etmək,  atmosfer havasının mühafizəsinə dair tədbirlərin keçirilməsində iştirak etmək və onları maliyyələşdirmək, atmosfer havasının keyfiyyətinə zərərli təsir edə bilən istehsal və digər fəaliyyətə dair qərarların qəbul olunmasında iştirak etmək və insanların sağlamlığına, əmlakına və ətraf mühitə atmosfer havasının çirkləndirilməsi nəticəsində vurulan ziyanın ödənilməsi barədə iddia qaldırmaq atmosfer havasının mühafizəsi sahəsində hüquqi və fiziki şəxslərin hüquqları sırasındadır.

Heftelik.az-ın məlumatına görə, bu, “Atmosfer havasının mühafizəsi haqqında” qanunda əksini tapıb.

Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər atmosfer havasının çirklənməsi nəticəsində onlara vurulan zərərə görə ödənc almaqla eyni hüquqa malikdirlər.

 

Seçilən
21
heftelik.az

1Mənbələr