AZ

Keçirilən sınaqların qeydiyyatı sənədləri hazırlanmalıdır

Aptekdaxili hazırlanan dərman vasitələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin, düzgün qablaşdırılmasının və keçirilən sınaqların qeydiyyatı sənədləri hazırlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Aptekdaxili hazırlanan dərman vasitələrinin keyfiyyətinə nəzarət bu sahəni tənzimləyən normativ-hüquqi və texniki normativ-hüquqi aktların tələblərinə uyğun aparılmalıdır.  Aptek müəssisəsində dərman vasitələrinin keyfiyyətinə və əhaliyə göstərilən xidmətə təsir edəcək işlər və xidmətlər barədə iş təlimatları (İT) və standart əməliyyat prosedurları (SƏP) hazırlanmalıdır. İT, SƏP sənədlərində dərman vasitələrinin hazırlanmasına, saxlanılmasına, keyfiyyətinin təmin edilməsinə dair ətraflı təlimatlar işlənilib hazırlanmalıdır.

Seçilən
20
heftelik.az

1Mənbələr