AZ

Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsinin STRUKTURU

Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsinin strukturu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.

Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə aşağıdakı bölmələrdən ibarətdir:

– “Vergi ödəyicisi haqqında ümumi məlumat” bölməsində vergi orqanı, vergi dövrü, bəyannamənin aid olduğu dövr, hüquqi və ya fiziki şəxsin uçot məlumatları (VÖEN-i, adı, telefon nömrələri), əsas fəaliyyət növünün kodu, bəyannamənin növü və digər məlumatlar əks olunur;

– “Verginin hesablanması” bölməsində müvafiq olaraq hesabat dövrü ərzində qeyri-rezidentə ödənilmiş məbləğlər və ƏDV məbləği əks etdirilir;

– Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi bəyannaməsinin qeyri-rezidentdən alınmış iş və xidmətlər barədə məlumatları əks etdirən əlavəsi mövcuddur.

 

Seçilən
32
heftelik.az

1Mənbələr