AZ

Federal büdcə hava limanlarının dronlardan qorunmasını maliyyələşdirməyəcək

Rusiya federal büdcəsindən hava limanlarını pilotsuz uçuş aparatlarından qorumaq üçün vəsait ayrılmayacaq...

Poliqon xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, hakimiyyət birinci kateqoriyalı nəqliyyat infrastrukturu obyektləri kimi təsnif edilən aerodromları pilotsuz təyyarələrin aşkarlanması və istifadəsinə qarşı mübarizə üçün texniki vasitələrlə təchiz etməmək qərarına gəlib.

Nəşr vurğulayıb ki, birinci kateqoriyaya paytaxt hava limanları, eləcə də Sankt-Peterburq, Soçi, Yekaterinburq, Novosibirsk, Krasnoyarsk, Ufa, Kazan, Mineralnıye Vodı, Xabarovsk, Omsk, Çelyabinsk, Yujno-Saxalinsk, Yakutsk, Tümen hava limanları daxildir.

Yanvarın 8-də Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako bildirib ki, Rusiyanın dörd hava limanında iş üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bundan əvvəl isə beş bölgədə hava limanları pilotsuz uçuş aparatları səbəbindən fəaliyyətini dayandırmışdı.

Poliqon.info

Seçilən
15
2
poliqon.info

3Mənbələr