ABŞ-nin Los-Anceles şəhəri və ətrafında davam edən meşə yanğınları səbəbiylə hələ də 100 mindən çox insanın təxliyə əmri altında olduğunu bildirilib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, həmçinin yanğınlar zamanı ölənlərin sayı da artıb.
Son məlumata görə, bu günə qədər 24 nəfər həyatını itirib.
Bölgədə isə küləkli havanın bu həftə də davam edəcəyi bildirilib.
Yanğınlar səbəbilə indiyədək 29 nəfərin saxlanııb.
Onlardan 4-nün komendant saatını pozduğunu, bəzilərinin isə talan və oğurluqla məşğul olduğunu bildirib.