AZ

Bələdiyyə sədri, müavini və üzvləri haqda həbs qərarı verildi

Yanvarın 10-da Türkiyədə saxlanılan bələdiyyə sədri, müavini və üzvləri haqqında məhkəmə qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mersin prokurorluğu tərəfindən barələrində üç maddə ilə - "terror təşkilatının təbliğatını aparmaq", "silahlı terror təşkilatına üzv olmaq", “Terrorçuluğun maliyyələşdirilməsi" ittihamları ilə saxlanılan Akdeniz Bələdiyyəsinin sədri Hoşyar Sarıyıldız, Bələdiyyə sədrinin müavini Nuriye Arslan, məclis üzvləri Özgür Çağlar, Neslihan Oruç, Yakup Danış və Hikmət Bakırhan dünən axşam məhkəməyə çıxarılıblar: "Məhkəmə Yakub Danış istisna olmaqla, qalanları barəsində həbs qətimkan tədbiri seçib. Yakub Danış isə səhhəti əsas gətirilərək ev dustaqlığına buraxılıb"

Firudin Səfərli
MİA.AZ

Seçilən
32
50
mia.az

10Mənbələr