Kanadalılar öz müstəqilliklərini qiymətləndirirlər, təhdidlər və təhqirlər onları Birləşmiş Ştatların bir hissəsi olmağa razı salmayacaq...
Poliqon xəbər verir ki, bunu Kanadanın keçmiş baş naziri Jan Kretyen (1993-2003) ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa müraciətində “Globe and Mail” qəzetində dərc olunan məqaləsində bildirib.
Siyasətçi xatırladıb ki, Kanada həm Birinci, həm də İkinci Dünya Müharibələrinə ABŞ-dan daha tez daxil olub, döyüşüb və təsəvvür ediləndən daha çox qurban verib. Kretyen həmçinin qeyd edib ki, ölkəsi kanadalıları İraqda tamamilə əsassız və sabitliyi pozan müharibəyə sürükləməyə çalışarkən ABŞ-a “yox” deməyə cəsarət edib.
Kanadada federal və yerli siyasətçilərə müraciət edən keçmiş baş nazir deyib ki, kanadalılar bir tələbi yerinə yetirdikdə belə, Tramp başqa, daha da böyük tələblə qayıdır. O, Trampın mövqeyini şantaj adlandırıb.
Poliqon.info