İstanbulda tender saxtakarlığı edən şəxslər həbs olunub.
Bakıvaxtı.az bu barədə “Haberglobal”a istinadla xəbər verir.
Məlumata görə, “Aziz İhsan Aktaş”ın rəhbərliyinin bələdiyyə sədrləri və bələdiyyələrin yüksək vəzifəli şəxslərinə rüşvət verməklə tender prosesləri təşkil etdiyi və öz şirkətlərinin tenderlərdə qalib gəlməsini təmin etdiyi müəyyən edildikdən sonra istintaq başladılıb. 47 nəfərin həbs edildiyi bildirilir. Saxlanılanlar arasında Esenyurt bələdiyyəsinin sabiq başqanı Ahmet Özer və Beşiktaş bələdiyyə başqanı Rıza Akpolat da var.
Məsələ ilə bağlı İstanbul Baş Prokurorluğu açıqlama verib.
Murad Məmmədli