AZ

Korrupsiyaya Qarşı İdarə Cənubi Koreya prezidentinin mühafizəçilərinə müraciət ünvanladı

Bakı. Trend:

Cənubi Koreyanın yüksək vəzifəli şəxslər barəsində KorrupsiyayaQarşı İstintaq İdarəsi prezidentin mühafizə xidmətinə və MilliMüdafiə Nazirliyindən kömək istəyib.

Trend-in məlumatına görə, bu barədə İdarədən xəbər veriblər.

Bildirilib ki, müraciətdə ölkə prezidentinin həbsinin qarşısınıalmaq cəhdlərinə görə məsuliyyət xatırlanıb.

Müdafiə Nazirliyinə bildirilib ki, hərbi qulluqçular və yaonların texnikası müstəntiqlərə müdaxilə etdikdə, hərbi qulluqçularvə onların komandanlığı dövlət qulluqçularına xidməti vəzifələrininicrasına mane olma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə vədəymiş ziyana görə cəzalandırılacaq. Hüquq-mühafizə orqanıhadisələrin belə inkişaf etməməsi üçün əvvəlcədən tədbirgörülməsini xahiş edib.

Oxşar məzmunlu məktub prezidentin mühafizə xidmətininrəhbərliyinə - altı departamentin direktorlarına göndərilib.Onlara, həmçinin, dövlət qulluqçusu statusunun itirilməsi vəpensiya məhdudiyyətləri də daxil olmaqla, “Dövlət Qulluğu haqqında”Qanuna əsasən mülki məsuliyyət və mümkün nəticələr barədəxatırladılıb.

Seçilən
3
az.trend.az

1Mənbələr