“Barselona” İspaniya Superkubokunun qalibi olub.
Yeniavaz.comxəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən finalda alman mütəxəssis Hansi Flikin rəhbərlik etdiyi Kataloniya klubu “Real Madrid”ə 5:2 hesabı ilə qalib gəlib.
Görüşdə hesabı 5-ci dəqiqədə “Kral klubu”nun fransalı hücumçusu Kilian Mbappe açıb – 1:0. 22-ci dəqiqədə İspaniya millisinin hücumçusu Lamin Yamal bərabərliyi bərpa edib – 1:1. 36-cı dəqiqədə polşalı hücumçu Robert Levandovski penaltini dəqiq yerinə yetirib – 1:2. 39-cu dəqiqədə braziliyalı hücumçu Rafinya Kataloniya komandasının 3-cü qoluna imza atıb. İlk hissəyə əlavə edilmiş 10-cu dəqiqədə ispan müdafiəçi Aleks Balde hesabı 4:1-ə çatdırıb.
İkinci hissənin başlamasından 3 dəqiqə keçməmiş (48) Rafinya dubla imza atıb və top fərqini 4-ə çatdırıb – 1:5.
56-cı dəqiqədə “Barselona”nın polşalı qapıçısı Voyçex Şesni birbaşa qırmızı vərəqə alıb və meydandan qovulub. Onun səbəb olduğu cərimə zərbəsini “Real”ın braziliyalı hücumçu Rodriqo yerinə yetirib və topu qapıdan keçirməyi bacarıb – 2:5. Görüş bu hesabla başa çatıb.
Qeyd edək ki, “Barselona” 15-ci dəfə bu titul qazanıb. Həmçinin bu, Flikin Kataloniya klubundakı ilk tituludur.