AZ

“Cəhənnəmdən keçib gəldik”- İsrail həbsxanalarında olmuş fələstinlilərin etirafları

Fələstin Azadlıq Təşkilatı və Fələstin Məhbuslar Dərnəyi İsrail həbsxanalarında saxlanılan fələstinlilərin sistematik işgəncələrə məruz qaldığını açıqlayıb. AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılan şəxslər onlara qarşı pis rəftar edildiyini və döyüldüklərini, səhhətlərində ciddi problem yarandığını bildiriblər.

Bəyanatda İsrailin Qəzzada saxlanılan fələstinliləri Neftali düşərgəsi və Negev həbsxanasında sistemli işgəncələrə məruz qoyduğu ortaya çıxıb.

2023-cü ilin dekabrından həbsdə olan 45 yaşlı K.N-nin dedikləri dəhşətləri ortaya qoyur. “Həbsdə olduğumdan bəri bədənimin müxtəlif yerlərini sındırdılar 58 gün hərbi düşərgədə saxlanıldım. Alçaldılma və təhqirlərlə yanaşı, davamlı olaraq qollarımda qandal var idi. Negev həbsxanasına köçürülən zaman mühafizəçilərüzərimə elektrik çaynikindən qaynar su atdı və bədənim yandı”.

21 yaşlı A.H 2024-cü ilin fevralında saxlandığını bildirib. O, köçməyə məcbur olduqları zaman saxlanıldığını, Qəzza yaxınlığındakı düşərgəyə aparıldığını və 12 gün orada qaldığını, daha sonra Qüdsdəki düşərgəyə, oradan Oferə və ən son olaraq Negevə köçürüldüyünü bildirib. “Gördüyünüz kimi bədənimdə qaşınma səbəbiylə çibanlar, yaralar və dəliklər var. Ac yatıram, ac oyanıram. Göz təzyiqim də var”.

Fələstinli K.C. isə yaşadıqlarını cəhənnəm adlandırıb. “Bizə qarşı bir çox qadağalar qoyuldu. Günlərlə ac saxlanıldıq. Günahımızın nə olduğunu deyən olmadı”.

Daha bir fələstinli M.D. Qəzza zolağı sərhədinə yaxın bir bölgəyə aparıldığını və 60 gün orada qaldıqdan sonra Negev həbsxanasına köçürüldüyünü bildirib. “Ağır döyülmə nəticəsində gözümü itirdim İsrail əsgərləri bununla kifayətlənmədi və bir gözümlə görmək üçün istifadə etdiyim eynəyimi də aldı”.

Seçilən
15
azpost.info

1Mənbələr