ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası siyasətçi ilə Rusiya lideri Vladimir Putin arasında görüşə hazırlaşır.
Herbiand.az xəbər verir ki, bu barədə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valz bildirib.
"Hazırlıqlar artıq davam edir" deyən Valz görüşün mümkün vaxtı və formatını açıqlamayıb.
O qeyd edib ki, Tramp Rusiya ilə dialoq olmadan “Ukrayna üzrə sövdələşmənin” mümkünsüzlüyünə inanır və yaxın aylarda bunun üzərində işləyəcək.