AZ

Atom bombasından DAHA TƏHLÜKƏLİ: Bir qramı 62 trilyon 500 milyard dollar – FOTO

Bunun bir qramı 62 trilyon 500 milyard ABŞ dollarıdır! Müasir texnologiyanın imkanları sayəsində gecə-gündüz əlləşib indiyədək ancaq 1-2 nanoqram əldə etmək mümkün olub. O da bir neçə saniyəlik mövcud olur və yoxa çıxır.

Yaxşı ki, Yaradan yaratdığı bu insanlara həmin maddənin nə özünü, nə də onun yaradılma üsullarını bəxş etməyib. Amma gələcəkdə əldə edilməyəcəyinə zəmanət yoxdur. Bunun adı antimaddədir.

Atom bombasından DAHA TƏHLÜKƏLİ: <span style=color:red>Bir qramı 62 trilyon 500 milyard dollar - FOTO

Antimaddəni belə qiymətli edən onun yaradılmasına milyardlarla vəsait xərclənməsidir. Əgər bircə qramı əldə olunsa və bu antimaddəni istənilən maddə ilə toqquşdursalar böyük bir fəlakət baş verər. Bu fəlakətin yanında atom bombasının partlayışı heç nədir. Obrazlı şəkildə ifadə etsək, antimaddə ilə istənilən maddənin toqquşmasının yaratdığı fəlakətlə müqayisədə atom bombasını qucaqlayıb öpmək və şükür eləmək olar.

Hesablamalara görə, bir qram antimaddənin partlayışı bir ölkəni asanlıqla Yer üzündən silə bilər. Müasir dövrümüzdə insanların əsas məqsədlərindən birinin hərb və dağıdıcılıq olduğunu nəzərə alsaq, belə bir maddənin əldə edilməsinin hansı nəticələrə səbəb ola biləcəyini təsəvvür etməmək mümkün deyil.

Atom bombasından DAHA TƏHLÜKƏLİ: <span style=color:red>Bir qramı 62 trilyon 500 milyard dollar - FOTO

Doğrudur, bunun yaradılması üçün çaba sərf edənlər özlərinə belə bəraət qazandırırlar ki, antimaddə əldə olunarsa, maddələrin və bütövlükdə kainatın çox sirlərini çözmək olar. Həm də ulduzlararası kosmik raket üçün ən sərfəli və tükənməz yanacaq ancaq antimaddə ola bilər.

P.S. Allah sizə insaf versin, ay odla oynayan insanlar! Məmmədhəsən əminin rahat, xoşbəxt yaşaması üçün çoxmu lazımdı bu antimaddə?!

Mahir BAYRAM

Atom bombasından DAHA TƏHLÜKƏLİ: <span style=color:red>Bir qramı 62 trilyon 500 milyard dollar - FOTO

Seçilən
6
medianews.az

1Mənbələr