Türkiyədə ötən gün Akdeniz bələdiyyə sədri ilə yanaşı, daha bir bələdiyyə sədri haqda həbs qərarı verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul məhkəməsinin qərarı ilə Beşiktaş Bələdiyyə sədri Rıza Akpolat başda olmaqla, 47 nəfər haqqında həbs qərarı çıxarılıb.
Məlumata görə, onlar İstanbulda bələdiyyənin keçirdiyi tenderdə qanunsuz müdaxilədə, korrupsiya və digər iqtisadi cinayətlərdə ittiham olunurlar: "Adıçəkilənlər İstanbulda "tender kralı" kimi tanınan “Aziz İhsan Aktaşın işi" üzrə qandallanıblar".
Firudin Səfərli
MİA.AZ