AZ

İpoteka və Kredit Zəmanət Fondunun 121 milyonluq tenderinin qalibi barəsində tədbir görüldü

"Körpü-Bina-Tikinti" MMC cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, qərar Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Qərarla şirkətə inzibati tənbeh tətbiq olunub, yəni cərimələnib.

 

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Qeyd: Şirkət bir neçə gün öncə, İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə mənzil alınması ilə bağlı elan etdiyi 121 194 manatlıq tenderin qalibi olub. 

 


Xəyal Quliyev

Tarix: 13 Yanvar 2025, 09:21   
Seçilən
31
4
pravda.az

10Mənbələr