AZ

Zelenski-Fiço qarşıdurması böyüyür

Ukrayna lideri Vladimir Zelenski Slovakiyanın baş naziri Robert Fiçonun onun haqqında kobud ifadələr işlətməsini tənqid edib.

Zelenski Fiçoya Vyetnamdakı tətilini xatırladıb və qeyd edib ki, Slovakiyanın baş naziri üçün "dəbdəbəli həyat keçirmək əvəzinə indi öz səhvlərini düzəltməyə çalışmaq asan deyil".  Zelenski Fiçonun Rusiya hakimiyyəti ilə münasibətlərinə də müsbət yanaşmır.

Bundan əlavə, Zelenski X sosial şəbəkəsindəki hesabında Rusiya qazının tranzitinin dayandırılması fonunda, mövcud çətin vəziyyətə uyğunlaşma dövründə Slovakiya xalqına yardım təklif etdiyini bildirib.  Bununla belə, Zelenskinin sözlərinə görə, Fiço bundan imtina edir.

İndi ukraynalı siyasətçinin qeyd etdiyi kimi, “Avropanın enerji təchizatı mənbələrinin daha da şaxələndirilməsi”, eləcə də digər tədbirlər müəyyən avropalı fiqurların "uzaqgörənliyi" ucbatından yaranan problemlərin aradan qaldırılmasına kömək edəcək.

 Xatırladaq ki, dekabrda Fiço Zelenskinin Ukraynanın NATO-ya daxil olmasına dəstək müqabilində ona dondurulmuş Rusiya aktivlərindən 500 milyon avro təklif etdiyini bildirmişdi.  Həmçinin, Slovakiyanın baş nazirinin sözlərinə görə, Zelenski hətta görüşləri zamanı Ukrayna üzərindən Slovakiyaya qaz nəqlinin davam etdirilməsi imkanını tamamilə rədd edib və bununla da Bratislavanın maraqlarına zərər vurub.

Tural

Seçilən
25
news365.az

1Mənbələr