Türkiyənin Amasya şəhərində qazıntı işləri zamanı torpaq sürüşməsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 fəhlə torpaq altında qalıb.
Şahidlər dərhal xilasedicilərə hadisə barədə məlumat veriblər.
Təxminən 4 saat davam edən xilasetmə əməliyyatlarından sonra həmin şəxslərin cəsədləri tapılıb. Meyitlər ekspertizaya göndərilib.
Şəbnəm Mehdizadə