AZ

"ABB İnvest"in bazar payı 56 faizə çatıb

2024-cü ilin yekunlarına əsasən, "ABB İnvest İnvestisiya Şirkəti" QSC illik dövriyyə üzrə yerli investisiya şirkətləri arasında rekord göstərici ilə birinci yeri tutub.

Marja.az xəbər verir ki, bu barədə Şirkətin yaydığı press-relizdə bildirilir.

Qeyd edilib ki, "ABB-İnvest" 2024-cü ildə 12 aylıq dövriyyə üzrə 2023-cü illə müqayisədə 4,9 dəfə artım göstərərək rekord nəticəyə - 59 milyard manat illik dövriyyəyə sahib olmuşdur. Bazar payı isə 2.24 dəfə artaraq 56 %-ə çatmışdır. Əməliyyat sayı isə təqribən 56 dəfə artaraq bazar payında 78 %-ə yüksəlmişdir. Repo əməliyyatlarının həcmində 5.66 dəfə artım müşahidə olunmuş və 65 % bazar payı müəyyən edilmişdir. Dövlət istiqrazlarında əməliyyat həcmi isə 25 % artaraq 1.87 milyard AZN-ə çatmışdır. Bundan əlavə, səhmlərin əməliyyat həcmində 1835 dəfəlik yüksəlmə ilə bazar payında 68 % artım qeydə alınmışdır. 

"Bütün bu göstəricilər üçün bizi seçən müştərilərimizə təşəkkür edir və nailiyyətlərimizin davamlı olması üçün hər zaman yeniliklər təqdim edərək güclü xidmətimiz ilə dəyər yaratmağa davam edəcəyimizi bildiririk",- "ABB-İnvest"in məlumatında deyilir.

abbinvest
Seçilən
12
marja.az

1Mənbələr