AZ

İstismar dövrü başa çatan 64 min lift daha 5 il xidmət göstərəcək

Yazını böyüt
Yazını kiçilt

Rusiyada istismar müddəti 15 fevral 2025-ci ilə qədər başa çatacaq 64 min məişət liftinin daha beş il müddətinə hazırkı vəziyyətdə istifadəsinə rəsmi icazə verilib. Tikinti Nazirliyi bu avadanlığın dəyişdirilməsinin təxmini dəyərinin təxminən 195 milyard rubl (1 milyard 919 milyon dollar) olduğunu və bu məbləğin əsaslı təmir proqramına daxil edilmədiyini bildirib.

Hafta.az-ın yazdığına görə, “Ruraziya” İqtisadi Komissiyasının (EAEK) Şurası Rusiyada köhnə liftlərin istismar müddətini 2030-cu ilə qədər uzadıb. Əvvəllər Gömrük İttifaqının texniki reqlamentində 25 yaşdan yuxarı bütün liftlərin 2025-ci il fevralın 15-dək dəyişdirilməsi və ya təmir edilməsi nəzərdə tutulurdu. Lakin bu müddət 2030-cu il fevralın 15-dək uzadılıb. Qərar EAEK Şurası tərəfindən 2024-cü ilin noyabrında təsdiq edilib və dekabrda qüvvəyə minib.

Rusiya Tikinti Nazirliyi tərəfindən edilən açıqlamada, 2030-cu ilə qədər təxminən 120 min liftin dəyişdirilməsinin planlaşdırıldığı ifadə edildi. Nazirlik texniki istismar müddətini başa vurmuş və təhlükəsizlik standartlarına cavab verməyən liftlərə üstünlük veriləcəyini bildirib. Texniki ekspertizalar nəticəsində liftlərin tam dəyişdirilməsi və ya bəzi hissələrinin yenilənməsi ilə bağlı qərar veriləcək. Bu proses zamanı Rusiyanın hər bir regionu özünün yenilənmə proqramlarını və maliyyələşdirmə mexanizmlərini müəyyən edəcək.

“Fonda Development”in prezidenti İlışat Şagiahmetov bildirib ki, Rusiyada təxminən 570 min lift var və onlardan 64 mini 2025-ci ilə qədər dəyişdirilməlidir. Bundan əlavə, hər il təxminən 10-15 min liftin istismar müddətini başa vuracağı proqnozlaşdırılır. Buna görə də 2030-cu ilə qədər dəyişdirilməsi tələb olunan liftlərin ümumi sayının 56 min artacağı təxmin edilir. Liftlərin yenilənməsi proqramları regional və yerli büdcələrin vəsaitləri hesabına dəstəklənəcək.

Seçilən
5
hafta.az

1Mənbələr