AZ

BƏƏ Livandakı səfirliyini yenidən açmaq üçün hazırlıqlara başlayır

BƏƏ-nin Beyrutdakı səfirliyinin yenidən açılması üçün hazırlıqlar çərçivəsində Livana heyət göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada BƏƏ prezidenti Məhəmməd bin Zayedin Livan prezidenti Cozef Aun ilə telefon danışığından sonra bu istiqamətdə göstəriş verdiyi vurğulanıb.

“Səfirliyin yenidən açılması iki ölkə və dost xalq arasında qardaşlıq münasibətlərini əks etdirir”,- deyə məlumatda bildirilir.

Seçilən
15
operativmm.az

1Mənbələr