Efiopiyanın Baş naziri Abiy Əhməd 1974-cü ildə bağlanan əvvəlki birjadan sonra ilk dəfə olaraq fond birjasının işə salındığını elan edib.
Valyuta.az TASS-a istinadən xəbər verir ki, birja bizneslər, dövlət qurumları və təşkilatlar üçün bir sıra maliyyə məhsulları və xidmətləri təklif edəcək, həmçinin yerli və xarici investorlar üçün platforma rolunu oynayacaq.
Qeyd edək ki, Dünya Bankının məlumatına görə, təxminən 126.5 milyon nəfər əhalisi olan Efiopiya, Afrikada Nigeriyadan sonra ikinci ən çox əhaliyə sahib ölkədir və eyni zamanda bölgənin ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri hesab olunur.