AZ

Tramp administrasiyası altında NATO-nun başına nə gələcək?

Respublikaçı senator Cim Riş bildirib ki, ABŞ Donald Trampın prezidentliyi dövründə NATO-dan çıxmayacaq və Şimali Atlantika Alyansının güclənməsinə çalışacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini "Fox News" sitat gətirib.

“Düşünürəm ki, indi hamı Rusiyanın hərəkətləri sayəsində NATO-nun qurucularının ayağa qalxıb birləşməli olduğumuzda tamamilə haqlı olduğunu anlayır. Məncə, heç kimin bizim NATO-dan çıxmalı olduğumuzu düşünmür”, - Riş deyib.

Parlamentari həmçinin qeyd edib ki, Vaşinqton müdafiə xərclərini artırmaq üçün müttəfiqlərini cəlb edəcək. Onun fikrincə, daha çox iş görülməlidir və Avropa ölkələri ABŞ-dan nümunə götürməlidirlər, çünki “onların buna həqiqətən ehtiyacı var”.

Seçilən
8
operativmm.az

1Mənbələr