Çin ordusunun nümayəndə heyəti yanvar ayının ortalarında Yaponiyaya səfər edəcək.
Çin ordusunun nümayəndə heyəti anlaşma və etimadı artırmaq üçün yanvar ayının ortalarında Yaponiyaya səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Çin Xalq Azadlıq Ordusunun (AXO) nümayəndə heyəti Yaponiya Müdafiə Nazirliyi və Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargahının rəhbərləri ilə görüşəcək.