Bakı. Trend:
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 628 milyonABŞ dolları dəyərində 610 min ton meyvvə və tərəvəz ixracolunub.
Trend-inDövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalaragörə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən meyvə vətərəvəzin dəyəri 13,2 milyon ABŞ dolları (2%), həcmi isə 31,7 minton (4,9%) azalıb.
Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı cəmi2,58%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20,32%-əbərabər olub.
Həmçinin, ötən ilin ilk 11 ayında Azərbaycana ümumi dəyəri 246,5milyon ABŞ dolları olan 325,8 min ton meyvə və tərəvəz idxalolunub. 2023-cü ilin eyni dövrünə nisbətən meyvə və tərəvəzidxalının dəyəri 45,6 milyon ABŞ dolları (22,7%), həcmi isə 13,2min ton (4,2%) artıb.
Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,31%təşkil edib.
Ötən ilin yanvar-noyabr aylarında ölkənin meyvə və tərəvəzixracı idxalı dəyər ifadəsində 2,5 dəfə, həcm ifadəsində isə 1,9dəfədən çox üstələyib.