AZ

KİV: Kurskda Cənubi Koreyanın 300 hərbçisi ölüb, 2700-ü yaralanıb

İndiyədək Rusiyanın Kursk vilayətində Cənubi Koreyanın 300 nəfər hərbçisi ölüb, 2700 nəfəri isə yaralanıb.

APA-nın “Yonhap” agentliyinə istinadən xəbərinə görə, bu barədə məlumatı adıçəkilən ölkənin Milli Kəşfiyyat Xidməti yayıb.

Bildirilib ki, bu yüksək göstəricinin səbəbi ölkənin ordusunun müasir müharibə texnologiyasından anlayışı olmaması, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə edə bilməməsidir.

Kəşfiyyat məlumatlarına əsasən, Cənubi Koreyadan olan komandirlər hərbçilərə əsir düşməmək üçün intihar etmək əmrini verib. Aralarında kəşfiyyatçıların da olduğu əsirlər isə ölkələrinə göndərilməkdən imtina ediblər.

Seçilən
1
9
apa.az

10Mənbələr