“ABŞ prezidenti Co Baydenin başçılıq etdiyi Amerikanın hazırkı dövlət rəhbərliyi yeni seçilmiş dövlət başçısı Donald Trampın növbəti administrasiyası üçün, o cümlədən Ukrayna ilə bağlı xarici siyasətdə ən güclü mövqeləri təmin etmək üçün səylər göstərir”.
Missiya.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken “CBS News”a müsahibəsində məlumat verib.
"Hesab edirəm ki, indiki mərhələdə bizim heç birimiz üçün spekulyasiya etmək o qədər də məntiqli deyil", - deyə siyasətçi vurğulayıb.
Blinken qeyd edib ki, biz Tramp administrasiyasına ən güclü mövqeləri təhvil verəcəyik ki, o, Ukrayna və ya digər məsələlərdə Vaşinqtonun siyasətini həyata keçirə bilsin.
Daşqın HəsənovMissiya.Az