Ukrayna, Suriyaya ilk humanitar yardım göndərib. "Ulusum".az xarici mətbuata istinadən xəbər verir ki, yardımın tərkibində 500 ton un yer alır və "Beynəlxalq Ərzaq Proqramı"nın dəstəyi ilə təşkil olunub. Yardım, Suriya xalqına çətin şəraitdə dəstək olmaq məqsədilə həyata keçirilib.Ukrayna Kənd Təsərrüfatı və Qida Naziri Vitali Koval və Xarici İşlər Naziri Andrey Sibiga, Suriya ilə humanitar əlaqələri davam etdirmək və yardımların növbəti mərhələlərini müzakirə etmək məqsədilə görüşüblər. Bununla yanaşı, Ukrayna digər ölkələrə də yardım göndərib. Məsələn, Kiyev Mozambiqə 416 ton günəbaxan yağı, Cibutiyə 73,4 ton yağ və 970,5 ton un, Tanzaniyaya isə 453 ton günəbaxan yağı göndərib. Bu addımlar, Ukraynanın beynəlxalq humanitar sahədə fəal iştirakını və digər ölkələrin ehtiyaclarına qarşı duyarlı olduğunu göstərir.Səidə Mustafa
Diqqət Çəkənlər
Zənginləri məhv etmək və gizlincə izləri ört-basdır etmək: Ulduzların malikanələrini yer üzündən silən yanğınların günahkarı kimdir?
Naxçıvanda və dağlıq rayonlarda səkkiz dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Nədir bu Retinol çılğınlığı, nə faydası var?