AZ

Şokolad istehsalçısı cərimələndi

Şokolad istehsalçısı olan "Konfirom" MMC cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, qərar Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

 

Xatırlatma: Şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.3-cü (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Xəyal Quliyev

Tarix: 13 Yanvar 2025, 10:10   
Seçilən
23
1
pravda.az

2Mənbələr