Ukrayna prezidenti Volodimir Zelenski Şimali Koreya lideri Kim Çen Inın Rusiyada saxlanılan ukraynalı əsgərlərin mübadiləsini təşkil edəcəyi təqdirdə yaralı Şimali Koreya əsgərlərini vətənə qaytarmağa hazır olduqlarını açıqlayıb.Ukraynanın Rusiyanın Kursk vilayətində iki Şimali Koreya əsgərini əsir götürməsinin əks-sədası davam edərkən, Ukrayna prezidenti Volodimir Zelenski Şimali Koreya lideri Kim Çen Ina məhbus mübadiləsi təklifi edib. X sosial media platformasında verdiyi açıqlamada Zelenski yaxın günlərdə daha çox Şimali Koreya əsgərinin əsir alınacağına şübhə etmədiyini bildirib. Zelenski sosial media hesabında əsir götürülən iki Şimali Koreya əsgərinin videosunu da paylaşıb.Qeyd edək ki, Ukrayna prezidenti Rusiyanın Kursk bölgəsində davam edən qarşıdurmada iki Şimali Koreya əsgərinin yaralandığını və əsir götürüldüyünü açıqlamışdı. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) yaralılara lazımi tibbi yardım göstərildiyini, Şimali Koreya əsgərlərinin həyatları üçün təhlükə olmadığını bildirib. Şimali Koreyalı əsirlərdən birinin Ukraynada döyüşmək üçün deyil, Rusiyaya təlim keçmək üçün getdiyini düşündüyü qeyd edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta