AZ

Təbii zeytun yağını saxtasından ayırmağın yolları

Yazını böyüt
Yazını kiçilt

Zeytun yağı mətbəxlərdə tez-tez istifadə etdiyimiz sağlam təbii bitki yağlarından biridir. Tərkibindəki sağlam komponentlər sayəsində bir çox faydası olan və eyni zamanda özünəməxsus dadı ilə yeməklərə ləzzət qatan təbii zeytun yağını saxtasından ayırmaq vacibdir.

Hafta.az-ın yazdığına görə, təbii üsullar və praktiki məlumatlarla zeytun yağını asanlıqla ayırd etmək mümkündür.

Qoxu testi

Əsl zeytun yağının özünəməxsus qoxusu var. Əgər siz meyvə ətrini və bir qədər acı qoxunu hiss edə bilmirsinizsə və ya qeyri-müəyyəndirsə, bu, zeytun yağının saxta olduğunu göstərir.

Dad testi

Təbii zeytun yağının unikal acı dadı var. Uzun müddət damaqda qalan bu dad saxta zeytun yağında daha qeyri-müəyyən və daha yüngül olacaq.

Su testi

Əgər zeytun yağı həqiqi və təbiidirsə, o zaman suya tökdükdə suyun üzərində qat əmələ gələcək. Lakin saxta zeytun yağı çox vaxt qat əmələ gətirmir və suda dağılır.

Dondurma testi

Zeytun yağını bir neçə saat soyuducuda saxlasanız, təbii zeytun yağı qismən donar. Amma saxta zeytun yağı ya maye qalır, ya da çox donur.

Duz spirti testi

Bu üsulu tətbiq etmək üçün zeytun yağına bir neçə damcı duzlu spirt əlavə edin. Rəngində heç bir dəyişiklik yoxdursa, zeytun yağı həqiqidir. Lakin rəngi əhəmiyyətli dərəcədə dəyişirsə, bu onun saxta olduğunu göstərir.

Seçilən
25
hafta.az

1Mənbələr