AZ

Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək

Bakı. Trend:

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlətqurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli FəaliyyətPlanına uyğun olaraq, 2025-ci ilin 13-17 yanvar tarixlərindənövbəti epizootoloji monitorinqlər keçiriləcək.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar risk əsasında müəyyən olunmuşovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq,dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi iləyanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəliktörədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq vəhəmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslımüxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlifrayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan evquşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələrgötürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, suhövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq normavə qaydalarına əməl olunması üçün məqsədyönlümaarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootolojiməlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsindəmüşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5”proqramına daxil ediləcək.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, QidaTəhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanındaAqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və BaytarlıqXidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və BaytarlıqXidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyiyanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və SəhiyyəNazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzininəməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.

Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun MərkəziBaytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.

Seçilən
5
22
az.trend.az

10Mənbələr