İsrail ordusu Livanın şərqindəki Baalbek şəhərinin çölünə hava zərbələri endirib.
"Cebheinfo.az" xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərdə İsrail ordusunun 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəs rejimini pozmağa davam etdiyi qeyd olunub.
Xəbərdə İsrail ordusuna aid döyüş təyyarələrinin şərqdəki Cinta qəsəbəsi Baalbek ətrafını bombaladığı bildirilib. Digər tərəfdən, İsrail ordusundan verilən yazılı açıqlamada kəşfiyyat məlumatlarına uyğun olaraq Livandakı bəzi “Hizbullah” hədəflərini hava hücumları ilə vurduqları bildirilib:
“Hücumlardan əvvəl atəşkəs monitorinq mexanizminə hədəflərin İsrailin daxili cəbhəsini və ordusunu təhdid etdiyi ortaya çıxıb, lakin onlara qarşı heç bir addım atılmayıb”.