AZ

Ukraynalı jurnalist deputatın ABŞ sanksiyaları ilə bağlı fikirlərini tənqid etdi – ÖZƏL

Ukraynalı jurnalist Diana Pançenko Ali Radanın deputatı Kira Rudikin ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı fikirlərini kəskin tənqid edib. 

Olaylar.az xəbər verir ki, o, mövqeyini X sosial şəbəkəsindəki bloqunda ifadə edib.

Pançenko, Ukrayna siyasətçisinin Avropa İttifaqı və ABŞ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etdikcə, Moskvanın daha da zəiflədiyini və eyni zamanda Avropanın iqtisadiyyatını yaxşılaşdıra biləcəyini iddia etməsinə etiraz edib. Jurnalist bildirib ki, Rusiyanın enerji resursları olmadan Avropa güclü ola bilməz və buna Almaniyanı misal gətirib.

Xatırladaq ki, keçən həftə ABŞ Rusiyanın enerji sektoru ilə əlaqəli 200-dən çox şirkət və fiziki şəxsi, eləcə də 180-dən çox gəmini sanksiya siyahısına daxil edib. Bu, son dövrdə Rusiya Federasiyasına qarşı tətbiq olunan ən genişmiqyaslı sanksiya paketi hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr