AZ

Azərbaycan Fransanın neokolonist dövlət olduğunu dünyaya bəyan edir - Kamilə Əliyeva

Yazını böyüt
Yazını kiçilt

“Bu gün Ermənistan tamamilə Fransanın nəzarətində olan bir ölkədir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, onların arxasında duran dövlətlər sona qədər dayanmayacaqlar.  Vətən müharibəsində bunun şahidi oldular”.

Bunu hafta.az-a professor Kamilə Əliyeva Fransanın faşist, neokalonist siyasətinin Ermənistan üzərindən Azərbaycana qarşı yönləndirilməsi və regionda sülhə əngəl yaradan siyasəti ilə bağlı açıqlamasında bildirib.

Professor Prezident İlham Əliyevin son müsahibəsinə istinadla Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətdən danışıb və iki ölkə arasında sülhün yaranması istiqamətində ölkəmizin mövqeyinin bir daha Ermənistan və onun havadarlarına çatdırıldığını bildirib. Onun sözlərinə görə, Prezidentin müsahibəsində bir daha Ermənistanın və ona havadar olan Fransa hakimiyyətinin əsl siması ifşa olundu.

“Ermənistan baş naziri Paşinyan dünya ictimaiyyətini aldadır ki, guya Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırdır. Əslində Ermənistan rəhbərliyi bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləyir. İlk növbədə Ermənistan öz Konstitusiyasında dəyişiklik etməli, Azərbaycana qarşı torpaq iddiası bəndini ləğv etməli, Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir. Ermənistanı öz çirkin siyasətinə alət edən Fransa qərəzli, gərginliyin qalmasına təhrik edən əməllərindən əl çəkməlidir”.

K.Əliyeva Fransanın erməni əli ilə etdiyi təxribatçı cəhdlərə baxmayaraq Azərbaycanın haqlı mövqeyinə mane ola bilməyəcəyini deyib. Bildirib ki, Fransa prezidenti Makron dəfələrlə Azərbaycana qarşı təzyiqlər və təxribatlar törətməyə çalışsa da, sonda Prezidentimizin qətiyyəti və siyasi iradəsi qarşısında məğlub oldu.

“Bu gün Fransa prezidenti Makron öz ölkəsini də ağır duruma salıb. Fransa Afrikada öz mövqeyini itirməkdədir. Afrika dövlətləri Fransanın təsiri altından çıxmaq üzrədir və Fransa qoşunları bu ölkələrdən qovulur. Digər tərəfdən, Yeni Kaledoniyada və Dənizaşırı bölgələrdə Fransa müstəmləkəsinə qarşı mübarizə başlayıb. Makron rejimi burada yaşayan yerli xalqların haqlı etirazlarına qarşı ağır cinayətlər törədir. Təəssüflər olsun ki, dünya birliyi, eləcə də Avropa İttifaqı Fransanın bu cinayətlərinə göz yumur. Azərbaycan isə hər zaman müstəmləkəçiliyə, zülmə məruz qalan dövlətlərə və xalqlara dəstək göstərir. Bir neçə gün bundan əvvəl Makron Azərbaycan dövlətinə qarşı əsassız ittihamlar irəli sürməyə başladı. Guya Azərbaycan Fransanın daxili işlərinə qarışır. Əslində isə Azərbaycan Fransanın neokolonist, müstəmləkəçi bir dövlət olduğunu dünyaya bəyan edir. Bu, ölkəmizin nə qədər güclü və qüdrətli bir dövlət olmasının sübutudur. Yaxın Şərqdə Ermənistanın ən yaxın müttəfiqi olan Suriya Prezidenti Bəşər Əsəd hakimiyyəti də süquta uğradı. Bununla da Ermənistan rəhbərliyi bir daha ağır duruma məhkum oldu. Bəşər Əsəd rejimi hər zaman Ermənistanın işğalçı siyasətini dəstəkləmişdir. Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyirdi”.

Professor bununla da Ermənistanın yaxın dostlarının siyasi səhnədən silinməsinə işarə edib. O, bəyan edib ki, erməni ölkəsinin varlığı və inkişafı onun qonşu dövlətlərlə, xüsusən Azərbaycan və Türkiyə ilə normal münasibət qurmasından keçir.

Seçilən
2
hafta.az

1Mənbələr