AZ

Qrenlandiyalıların əksəriyyəti ABŞ-yə birləşməyi dəstəkləyir

"Qrenlandiya böhranı" böyüməkdədir. "The Hill" qəzetinin yaydığı məlumata görə, "Patriot Polling" sorğu keçirib.

Sorğuda iştirak edən qrenlandiyalıların əksəriyyəti ABŞ-yə birləşməyin tərəfdarı olduqlarını bəyan ediblər.

Araşdırma xarakterli sorğuya görə, sorğu iştirakçılarının 57,3%-i Qrenlandiyanın ABŞ-yə qoşulması ideyasını bəyənib. 37,4% hadisələrin bu cür inkişafının əleyhinə olub. Respondentlərin daha 5,3%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.

Araşdırmada qeyd edilir ki, bu, ABŞ-dən kənarda ilk dəfədir keçirlən sorğudur. 

"The Hill"in məlumatına görə, sorğuda cəmi 416 nəfər iştirak etsə də, məlum nəticə Trampın daha geniş beynəlxalq planlarına dəstək olduğunu göstərir. Eyni zamanda, qəzet "Patriot Polling" sosioloji xidmətinin şübhəli reytinqini də önə çəkib.

Tural

Seçilən
11
3
news365.az

4Mənbələr