Bakı. Trend:
"Baku Network" platformasına “Tofiq Abbasovla Dialoq” analitikproqramının yeni buraxılışı yayımlanıb.
Trend xəbərverir ki, verilişin budəfəki qonağı Azərbaycanın Əməkdar incəsənətxadimi, görkəmli musiqişünas və pedaqoq, müasir Azərbaycan cazınınbanilərindən olan Rafiq Seyidzadə olub.
Söhbət çox dərin və mənalı olub, vacib sosial və tariximövzuları ehtiva edib.
R.Seyidzadənin sözlərinə görə, xalqlar arasında mədəniyyət vədostluq Bakı həyatının hər zaman ayrılmaz hissəsi olub:
“Mən beynəlmiləl bir həyat yaşamışam. Bakıda multikulturalizm ənyüksək səviyyədə olub. Biz hər kəsin – gürcülərin, ermənilərin,rusların, azərbaycanlılıarın dostluq etdiyi bir cəmiyyətyaratmışdıq. Mən hər zaman özümü rahat hiss etmişəm: istərTbilisidə olsun, istərsə də Moskvada və ya İrəvanda".
Musiqişünas vurğulayıb ki, multikulturalizm günü bu gün dəAzərbaycanın vacib dəyəri olaraq qalmaqdadır.
"Keçmişdə baş vermiş faciəvi hadisələrə rəğmən, ölkənin qapılarıbu gün də müxtəlif millətlərin nümayəndələrinə açıq olmağa davamedir.
Bu gün Azərbaycanda 35 mindən çox erməni yaşayır. Onlar Bakı vədigər şəhərlərdə, o cümlədən, Qarabağda yaşayırlar.Multikulturalizm bizim hər zaman yenilənən və zənginləşən birdəyərimizdir”, - deyə o bildirib.
Söhbətin gedişində Rafiq Seyidzadə öz uşaqlıq illərinə və onunailəsinə təsirsiz ötüşməmiş bəzi tarixi hadisələrə də toxunub. Obildirib ki, onun evində 1915-ci ildə atılan güllələrin izləriolub, anası isə Bakıda ermənilərin törətdikləri qırğınlardan sağçıxıb.
“Mənim anam hər zaman mənə insanlara hörməti aşılayıb - həttayaşadıqlarına rəğmən. Ermənistanda isə uşaqları erkən yaşlarındanazərbaycanlılara və türklərə nifrət ruhunda tərbiyələndirirlər”, -deyə o əlavə edib.
Musiqişünasın fikrincə, Ermənistan cəmiyyətində olan nifrətinkökünün kəsilməsi üçün onillər ərzində aparılacaq tərbiyə işləri vəideoloji yanaşmaların yenidən nəzərdən keçirilməsinə ehtiyacvar:
“Dünya düşmənçilik əsaslarında mövcud ola bilməz. Biz sərhədlərqurmalıyıq, onları müəyyən etməliyik və əməkdaşlıq etməklə,ticarəti və mədəniyyəti inkişaf etdirməklə sülh içində yaşamalıyıq.Bu, bizim ümumi gələcəyimizin qarantıdır".
Rafiq Seyidzadə Ermənistan işğalından azad edilən Şuşa şəhərinəsəfəri zamanı aldığı təəssüratları bölüşüb:
“İlk dəfə Füzulidən Şuşaya gedəndə, dağılmış şəhərləri vəkəndləri gördüm. Bu çəyirtkə axınından sonrakı peyzajı – “kabusşəhərləri” xatırladırdı. O viranəliklərə baxmaq olmurdu. Amma bizbu gün Şuşanı həyata qaytarmaqdayıq. O, yenə də mədəniyyət vədostluğun mərkəzinə çevriləcək”.
Musiqişünas vurğulayıb ki, azərbaycanlılar hər zaman qonşuxalqlara ehtiramla yanaşıb. O bildirib ki, düşmənçiliyin kökündəgenetika və ya mədəniyyət deyil, siyasət və yanlış tərbiyyədayanır.
“Biz dialoqa, qarşılıqlı əlaqələrə və sülh şəraitində birgəyaşayışa can atmalıyıq. Düşmənçilik tükədicidir. Yalnız əməkdaşlıqirəliləyiş üçün şərait yarada bilər”, – deyə Rafiq Seyidzadəvurğulayıb.