Kristian Kivu 11 ildən sonra “İnter”ə qayıdır.
İtaliya mənbələri sabiq rumıniyalı müdafiəçinin Milan klubunun gənclərdən ibarət komandasına baş məşqçi təyin olunacağını xəbər verib. 44 yaşlı Kivu C seriyasında çıxış edəcək komandanı çalışdıracaq.
Xatırladaq ki, o, “İnter”in formasını 2007-14-cü illərdə geyib. İtaliyada “Roma”da da çıxış edən Kivu Rumıniya yığmasında 75 oyuna 3 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta