AZ

Kurskda öldürülən koreyalı hərbçilərin sayı AÇIQLANDI

Cənubi Koreya kəşfiyyatı Rusiyanın Kursk bölgəsində Şimali Koreyadan gələn 300 hərbçinin öldürüldüyünü bildirib.

Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Koreya Respublikasının Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, KXDR hərbçilərinin Kursk vilayətində ümumi itkiləri təxminən 3000 nəfərdir: 300 nəfər ölüb, 2700 nəfər yaralanıb.

Kəşfiyyat xidmətinin nümayəndələri bu bu barədə parlamentin iclasında danışıblar.

Ukrayna prezidenti Zelenski bazar günü Şimali Koreya əsgərlərinin əsir düşdüyünü bildirib.

Seçilən
14
modern.az

1Mənbələr