Son elmi araşdırmalar isə piramidanın quruluşu barədə yeni, gözlənilməz məlumatlar ortaya çıxarıb. Əvvəlki fikirlərə görə, Böyük Piramidanın dörd düz tərəfi var idi. Lakin müasir texnologiyaların köməyi ilə aparılan araşdırmalar bu düşüncəni dəyişib.
Hələ 1926-cı ildə britaniyalı pilot P. Qrovs piramidanı yuxarıdan çəkərkən onun tərəflərinin bir qədər içəriyə doğru əyilmiş olduğunu aşkar edib. Bu, piramidanın səkkizbucaqlı formasını xatırlatdığını göstərib.
Yaponiyanın Kanagava Universitetinin professoru Akio Kato bildirir ki, alimlər yalnız son zamanlar bu memarlıq detallarının vacibliyini anlamağa başlayıblar. Piramidanın hər tərəfi mərkəzi ox boyunca azca içəriyə əyilmişdir, bu isə onu daha dayanıqlı edir.
Alimlərin sözlərinə görə, bu dizayn sayəsində piramida təbii fəlakətlərə qarşı davamlı olub. Piramida 4500 il ərzində 500-dən çox güclü yağış və bir neçə zəlzələ yaşasa da, demək olar ki, zədələnməyib.