AZ

Hakerlər səsli mesajla smartfonları sındırmağı öyrəniblər - ÖZƏL

Olaylar.az xəbər verir ki, Koreyanın "Samsung" brendinin smartfonlarında yaranan boşluq hakerlərə səsli mesaj vasitəsilə istifadəçilərə hücum etməyə imkan verib.

CVE-2024-49415 identifikatoru təyin edilmiş problemi Google Project Zero mütəxəssisi Natali Silvanoviç aşkar edib. Onun sözlərinə görə, zəiflik Samsung cihazlarında istifadə olunan Monkeychr("39")s Audio dekoderi ilə bağlıdır. Bu, kodun uzaqdan icrasına və cihazın sındırılmasına səbəb ola bilər.

Silvanoviç yeni boşluqdan istifadə edərək smartfonları sındırmağın yolunu təsvir edib. Bunun üçün haker "Google Messages" messenceri vasitəsilə istifadəçiyə xüsusi hazırlanmış səsli mesaj göndərməlidir. Bu halda, cihaz sahibindən heç bir tədbir tələb olunmur. Mütəxəssis qeyd edib ki, problem Android 12, 13 və 14 əməliyyat sistemləri ilə işləyən demək olar ki, istənilən Samsung telefonu üçün aktualdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr