Onun sözlərinə görə, iqtisadi inkişafın digər mühüm göstəricisi əhalinin sosial müdafiəsinin gücləndirilməsidir: "Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Əldə edilən bu nəticələr dövlətin həyata keçirdiyi siyasətin mahiyyətini göstərir. "Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar" söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır. Sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, ilk növbədə, sosial sahə diqqətdə saxlanılır. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu ilin əvvəlindən beşinci sosial paketin icrasına başlanılıb. Prezident İlham Əliyev bu çağırışı etdi ki, bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31