AZ

Rusiya-İran əməkdaşlıq sazişinin təfərrüatları açıqlandı: Bütün sahələri əhatə edir

“Rusiya ilə İran arasında imzalanması gözlənilən yeni strateji əməkdaşlıq müqaviləsi 47 maddədən ibarətdir və ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir”.

Editor.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Celali iki ölkə arasında imzalanması planlaşdırılan hərtərəfli əməkdaşlıq sazişinin təfərrüatlarını açıqlayarkən deyib.

Bildirilib ki, Rusiya ilə İran arasında 2001-ci ildə imzalanmış “əlaqələrin əsasları və əməkdaşlıq prinsipləri” haqqında mövcud sazişi əvəz etmək üçün nəzərdə tutulan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi üzərində işlərə 2022-ci ildə başlanılıb.

Ötən iyun ayında tərəflərin mətnlə bağlı razılığa gəldiyi açıqlanmışdı. Media müqavilənin oktyabrda Kazanda keçiriləcək BRİKS sammiti zamanı imzalanmasının planlaşdırıldığını yazmışdı. Bununla belə, tərəflər imzalanma mərasiminin İran prezidentinin Moskvaya səfəri zamanı keçiriləcəyi barədə razılığa gəliblər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr