AZ

Bakıda müğənni restoranın həyətində arvadını döydü

Bakıda tanınmış restoranın həyətində həyat yoldaşını döyməkdə təqsirləndirilən Murad Tağıyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Nizami Rayon məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında "Xaçapuri Baku" restoranında baş verib. Belə ki, M.Tağıyevin həyat yoldaşı onun müğənni olaraq fəaliyyət göstərdiyi "Xaçapuri Baku" restoranına gəlib və onun başqa qadınla münasibətdə olmasını əsas gətirib bu məsələyə aydınlıq gətirmək üçün onu restoranın həyətinə çağırıb. Orada qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı M.Tağıyevi təhqir edərək vurub.Müğənni əsəbiləşib əli ilə bir neçə dəfə şəxsin əl, yanaq və boyun nahiyəsinə vuraraq sonuncuya yüngül xəsarət yetirib. Ona qarşı CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülüb. 

N.Tağıyev şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib. Səmimi peşmanlığını bildirib və arvadı ilə barışdığını deyib. Bu halların nəzərə alınaraq, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş edib. Məhkəmə iclasında zərərçəkmiş şəxs ona dəymiş ziyanının ödənildiyini, əri ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərib və M.Tağıyevin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş edib.

Şəbnəm Mehdizadə
Seçilən
23
e-huquq.az

1Mənbələr