Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ildə 7,537 milyonsərnişinə xidmət göstərib.
Aeroportun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu göstərici2023-cü illə müqayisədə 31% çoxdur.
Qeyd olunub ki, il ərzində 59,238 uçuş həyata keçirilib, marşrutşəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsiləAvropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanlarıtəqdim olunub.
Bildirilib ki, beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495milyon, milli aviadaşıyıcı AZAL isə 3,314 milyon sərnişin daşıyıb.Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzitsərnişinlərin sayı 130% artaraq 373,383 nəfərə çatıb.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24%çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdəsərnişin dövriyyəsi cəmi 4% artaraq 728 min nəfər təşkil edib.